Xırdalanda itkin düşən 12 yaşlı qız tapılıb
Abşeron rayonunun Xırdalan şəhərində itkin düşən 12 yaşlı Mələk İmanova tapılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə APA-ya azyaşlının yaxınları məlumat verib.
Bildirilib ki, itkin düşmüş İmanova Mələk Zakir qızının yeri müəyyən edilib.
Azyaşlının harada və hansı şəraitdə tapılması ilə bağlı əlavə məlumat verilməyib.
09:24 04.11.2026
Oxunuş sayı: 94