Maskın milyonlarla dollar xərclədiyi Texasda demokratlar qalib gəlib
ABŞ-də noyabrın 3-də keçirilən aralıq seçkilərdə milyarder İlon Maskın böyük maliyyə dəstəyi göstərdiyi respublikaçılar Texasda mühüm məğlubiyyətlə üzləşiblər.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” və “Reuters” agentlikləri bu barədə məlumat yayıblar.
Məlumata görə, Mask Texasda demokrat Ceyms Talarikoya qarşı seçki kampaniyasına 160 milyon dollardan çox vəsait yönəldib. Buna baxmayaraq, Talariko Senata seçkilərdə qalib gəlib.
Texasda qubernator seçkilərində də Demokratlar Partiyasının namizədi Cina Hinojosa hazırkı qubernator, respublikaçı Qreq Ebbotu məğlub edib.
Beləliklə, demokratlar 1994-cü ildən bəri ilk dəfə Texasda qubernator seçkilərində qələbə qazanıblar.
Miçiqan ştatında isə Senata seçkilərdə Demokratlar Partiyasından Əbdül əl-Səyyid və respublikaçı Mayk Rocers mübarizə aparırlar.
İsrailin Qəzzadakı siyasətini tənqid edən Əbdül əl-Səyyidin namizədliyi seçki kampaniyası dövründə geniş müzakirələrə səbəb olub. Miçiqandakı seçki mübarizəsinə müxtəlif siyasi təşkilatlar tərəfindən yüz milyonlarla dollar xərclənib.
Bununla belə, sosial şəbəkələrdə yayılan Maskın Texas qubernatoru üçün məhz 200 milyon dollar, İsrailyönlü lobbi təşkilatlarının isə Miçiqandakı respublikaçı namizəd üçün 100 milyon dollar xərcləməsi barədə rəqəmlər ayrıca təsdiqini tapmayıb.
09:33 04.11.2026
Oxunuş sayı: 62