Merz: Ukrayna G20 sammitində danışıqlarda iştirak etməlidir
Almaniya kansleri Fridrix Merz Rusiya Prezidenti Vladimir Putinin dekabrda Mayamidə keçiriləcək G20 sammitində iştirak edəcəyi təqdirdə, Ukraynanın da münaqişənin həlli ilə bağlı müzakirələrə qoşulmalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Merz bu barədə “Politico” nəşrinə açıqlamasında danışıb.
Kansler Ukraynanın iştirakı olmadan ölkənin gələcəyinin müzakirə edilməsini, eləcə də Rusiya liderinin G20 sammitinə dəvət olunmasını “tamamilə qəbuledilməz” adlandırıb.
“Ukrayna danışıqlar masasında olacaqsa, Avropa da orada olacaq”, – deyə Merz vurğulayıb.
O qeyd edib ki, Avropa münaqişənin nizamlanması prosesində iştirak etmək istəyir və buna haqqı var. Kanslerin sözlərinə görə, sülh razılaşmasının sanksiyalar və təhlükəsizlik arxitekturası kimi əsas elementləri yalnız Avropa ölkələrinin iştirakı ilə razılaşdırıla bilər.
23:54 03.11.2026
Oxunuş sayı: 46