ABŞ-də Konqres seçkiləri başladı: 57 milyondan çox insan artıq səs verib
ABŞ-də Konqresə aralıq seçkilər başlayıb, ölkənin bir sıra ştatlarında seçki məntəqələri açılıb.
Crossmedia.az xəbər verir ki, RBK bu barədə məlumat yayıb.
Noyabrın 3-də keçirilən seçkilərdə Nümayəndələr Palatasının bütün 435 üzvü və Senatın 35 üzvü seçiləcək. Senatorlardan 33-ü növbəti seçkilər, ikisi isə Florida və Ohayo ştatlarında təşkil olunan xüsusi seçkilər vasitəsilə müəyyənləşəcək.
Bununla yanaşı, 36 ştatda qubernatorlar, yerli qanunverici və idarəetmə orqanlarının nümayəndələri seçiləcək. Bir sıra ştatlarda referendumlar da keçiriləcək.
İlkin məlumatlara əsasən, 57 milyondan çox amerikalı vaxtından əvvəl səsvermədə iştirak edib. Bu göstərici 2022-ci ilin müvafiq rekordunu üstələyib.
Səslərin hesablanmasının, xüsusilə poçt vasitəsilə səsvermənin geniş yayıldığı ştatlarda bir neçə gün davam edə biləcəyi bildirilir.
18:43 03.11.2026
Oxunuş sayı: 92