Rusiya Əbu-Dabidəki danışıqlara kimin rəhbərlik edəcəyini açıqlayıb
Rusiya, ABŞ və Ukrayna arasında noyabrın 10–11-də Əbu-Dabidə keçiriləcək üçtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinə Prezident Vladimir Putinin köməkçisi Vladimir Medinski rəhbərlik edəcək.
Crossmedia.az xəbər verir ki, “Reuters” agentliyi Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasına istinadən bu barədə məlumat yayıb.
Peskov Rusiyanın danışıqlarda iştirakını təsdiqləyərək nümayəndə heyətinin noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtına səfər edəcəyini bildirib.
“Rusiya tərəfinin əsas danışıqçısına gəlincə, Prezidentin bəyanatını xatırlatmaq istəyirəm: bu vəzifəni həmkarım Vladimir Medinski yerinə yetirməkdə davam edir”, – deyə Kremlin sözçüsü vurğulayıb.
Onun sözlərinə görə, nümayəndə heyətinin üzvləri mütəmadi olaraq Prezident Vladimir Putinə məlumat verir və müvafiq tapşırıqlar alırlar.
Qeyd edək ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff daha əvvəl Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini açıqlayıb.
Danışıqlarda müharibədən sonrakı təhlükəsizlik təminatları, gərginliyin azaldılması, humanitar məsələlər və sülhə nail olmaq üçün növbəti addımların müzakirəsi nəzərdə tutulur.
17:35 03.11.2026
Oxunuş sayı: 56