Lavrov: Avropa ilə dialoq üçün real perspektiv görmürük
Rusiya Avropa ölkələri ilə münasibətləri bərpa etmək imkanlarını istisna etmir, lakin bunun üçün qarşı tərəfin düşmənçilik siyasətindən imtina etməsini vacib sayır.
Crossmedia.az xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu barədə IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Moskva qarşılıqlı maraqların ədalətli balansına əsaslanan əməkdaşlığa hazırdır.
“Biz düşmənçilik niyyətlərindən imtina edən və maraqların ədalətli balansına can atanlarla əməkdaşlıqdan yayınmayacağıq”, – deyə Lavrov vurğulayıb.
Rusiya XİN rəhbəri ölkəsinin münasibətlərin normallaşdırılması üçün birtərəfli təşəbbüslər göstərmək niyyətində olmadığını qeyd edib.
“Biz heç kimə özümüzü zorla qəbul etdirməyəcəyik. Özünə hörmət edən insanlar kimi heç kimin arxasınca qaçmayacağıq”, – deyə o bildirib.
Lavrov əlavə edib ki, hazırkı şəraitdə Rusiya ilə Avropa arasında real dialoqun başlanması üçün perspektiv görünmür.
16:03 03.11.2026
Oxunuş sayı: 48