Zelenski İlon Maskın mövqeyini şübhə altına alıb
Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı milyarder İlon Maskın Ukraynanın Rusiya ilə müharibədə qələbə qazanmasını dəstəkləyib-dəstəkləmədiyinə əmin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin “PBS NewsHour” proqramına müsahibəsində danışıb.
Ukrayna lideri Maskın bəzi açıqlamalarının Ukraynanın maraqlarına uyğun olmadığını qeyd edib.
Zelenski bununla yanaşı, “Starlink” peyk rabitə sisteminin Ukraynaya göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Onun sözlərinə görə, müharibənin başlanğıcında Maskla əlaqə saxlayıb və müxtəlif məsələləri müzakirə edib. Lakin sonradan iş adamının bəzi mövqeləri Ukraynada suallar doğurub.
Ukrayna Prezidenti “SpaceX” şirkətinin rabitə xidmətlərinə tətbiq etdiyi məhdudiyyətlərdən sonra Maskla yenidən danışmaq istədiyini, lakin bunun baş tutmadığını bildirib.
“Mən onunla danışmağı çox istəyirdim, lakin bizi əlaqələndirmədilər”, – deyə Zelenski vurğulayıb.
O, “Starlink” sisteminin Ukraynanın müdafiəsində mühüm rol oynadığını qeyd edərək bu sahədə tətbiq olunan məhdudiyyətlərdən narahatlığını ifadə edib.
14:43 03.11.2026
Oxunuş sayı: 55