“Raufizm” ləqəbli tiktoker həbs olundu
“TikTok” sosial şəbəkəsində canlı yayım zamanı nalayiq ifadələr işlədən “Raufizm” ləqəbli Rauf Ağaquliyev bir ay müddətinə inzibati qaydada həbs edilib.
Crossmedia.az xəbər verir ki, onun barəsində İnzibati Xətalar Məcəlləsinin 510.3-cü maddəsi ilə protokol tərtib olunub.
Məhkəmənin qərarı ilə əməlini etiraf edən Rauf Ağaquliyev bir ay müddətinə inzibati qaydada həbs edilib.
Qeyd edək ki, bundan əvvəl də “TikTok” platformasında canlı yayımlar zamanı nalayiq ifadələr işlədən bir neçə şəxs inzibati qaydada həbs olunub.
13:38 03.11.2026
Oxunuş sayı: 75