İran ABŞ-yə məxsus hərbi PUA-nın ələ keçirildiyini bildirib
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-yə məxsus MQ-9A Reaper pilotsuz uçuş aparatının vurulduğunu iddia edib.
Crossmedia.az xəbər verir ki, bu barədə SEPAH məlumat yayıb.
Qurum hadisə ilə bağlı video görüntülər də yayıb. SEPAH-ın iddiasına görə, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı bu gün “yer-hava” tipli raketlə vurulub.
Hadisə ilə bağlı ABŞ tərəfinin mövqeyi təqdim olunan məlumatda yer almayıb.
13:34 03.11.2026
Oxunuş sayı: 63