Zelenski bu gün Berlində Mertslə görüşəcək
Ukrayna Prezidenti Volodimir Zelenski bu gün Berlində Almaniya kansleri Fridrix Merts ilə danışıqlar aparacaq.
Crossmedia.az xəbər verir ki, bu barədə Almaniya kansleri ölkə paytaxtında keçirilən biznes konfransında məlumat verib.
“Reuters”in məlumatına görə, Zelenskinin Almaniyaya səfərləri son ana qədər gizli saxlanılır və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində həyata keçirilir.
13:29 03.11.2026
Oxunuş sayı: 83