Zelenskidən Trampa sərt mesaj: Mənə yox, Putinə təzyiq edin
Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampla münasibətlərini “emosional” adlandırıb.
Crossmedia.az xəbər verir ki, Zelenski bu barədə ABŞ-nin “PBS NewsHour” proqramına müsahibəsində bildirib.
Jurnalistin “Bu gün Prezident Trampla münasibətlərinizi bir sözlə necə xarakterizə edərdiniz?” sualına Ukrayna lideri “Emosional” cavabını verib.
Zelenski bildirib ki, Rusiya-Ukrayna müharibəsinə münasibətdə daha praqmatik yanaşmaya ehtiyac var.
“Rusiyaya daha güclü təzyiq göstərmək lazımdır, mənə yox. Təcavüzkar mən deyiləm. Mən deyiləm”, – deyə Ukrayna Prezidenti vurğulayıb.
O qeyd edib ki, ABŞ Ukraynaya dəstəyini gücləndirməli və əsas təzyiqi Rusiya Prezidenti Vladimir Putinə yönəltməlidir.
Zelenskinin sözlərinə görə, Ukraynanın gücləndirilməsi yalnız ölkəsinin deyil, Avropanın təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət daşıyır.
13:20 03.11.2026
Oxunuş sayı: 51