Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək
Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiya ilə Ukrayna arasında müharibənin yaxın aylarda başa çatacağına inandığını bildirib.
Crossmedia.az xəbər verir ki, Belarusun dövlət xəbər agentliyi “BELTA” bu barədə məlumat yayıb.
Lukaşenko noyabrın 3-də IV Minsk Beynəlxalq Avrasiya Təhlükəsizliyi Konfransında çıxışı zamanı müharibənin davam etməsi üçün siyasi və mənəvi resursların tükəndiyini iddia edib.
“Ukraynada müharibə yaxın aylarda başa çatacaq. Bu, mənim şəxsi fikrimdir. Artıq güc və resurs qalmayıb, hamı yorulub”, – deyə Belarus Prezidenti bildirib.
O, Rusiyanın maddi resurslarının kifayət qədər olduğunu, lakin müharibədən ümumi yorğunluğun artdığını vurğulayıb.
Lukaşenko münaqişənin daha da gərginləşməsinin Üçüncü Dünya müharibəsinə və nüvə qarşıdurmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.
Belarus lideri ABŞ Prezidenti Donald Trampın siyasətinə də münasibət bildirib. Onun sözlərinə görə, Trampın qərarları dünyada fikir ayrılıqlarına və haqlı tənqidlərə səbəb olsa da, mümkün qlobal qarşıdurmanın qarşısının alınmasında rol oynayır.
“Trampa, heç olmasa, avropalıların nüvə münaqişəsinə başlamasına imkan vermədiyinə görə Nobel Sülh Mükafatı verilməlidir”, – deyə Lukaşenko qeyd edib.
Belarus Prezidenti Ukrayna müharibəsinin həlli məqsədilə sülh danışıqlarının yenidən Belarus ərazisində keçirilməsini də təklif edib.
14:56 03.11.2026
Oxunuş sayı: 69