Taksidə təcavüzə uğradı, çantasına görə qayıdanda dəhşəti yenidən yaşadı
Kanadanın Toronto şəhərində 32 yaşlı sürücü Halloween gecəsi qadın sərnişinə iki dəfə təcavüz etməkdə ittiham olunaraq saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “City News” məlumat yayıb.
Məlumata görə, zərərçəkmiş qadın avtomobilini sərnişin axtarışı tətbiqi vasitəsilə tapıb və ön sərnişin oturacağına əyləşib. Səfər zamanı sürücü ona qarşı seksual xarakterli hərəkətlər etməyə başlayıb.
Təyinat məntəqəsinə çatdıqdan sonra sürücü avtomobili saxlayaraq qadına təcavüz edib. Qadın sonradan ondan uzaqlaşaraq qaça bilib. Lakin çantasını avtomobildə unutduğunu xatırladığı üçün geri qayıdıb. Bu zaman sürücü ona yenidən təcavüz edib.
Hadisədən sonra qadın polisə müraciət edib. Hüquq-mühafizə orqanları 32 yaşlı sürücünü saxlayaraq ona, o cümlədən qanunsuz azadlıqdan məhrumetmə ittihamı irəli sürüblər.
Şübhəli şəxs hazırda həbsdədir. Polis onun digər qadın sərnişinlərə qarşı da oxşar əməllər törətmiş ola biləcəyini istisna etmir.
23:19 03.11.2026
Oxunuş sayı: 53