Brent neftinin qiyməti üç həftənin minimumuna düşüb
Dünya bazarında Brent markalı neftin qiyməti son üç həftənin ən aşağı səviyyəsinə düşüb.
Crossmedia.az xəbər verir ki, bu barədə “Investing” platformasının məlumatlarında bildirilib.
Noyabrın 3-də keçirilən hərraclarda Bakı vaxtı ilə saat 20:40-a olan məlumata görə, Brent markalı neftin bir barelinin qiyməti 103,4 dollara enib. Bu, əvvəlki ticarət sessiyası ilə müqayisədə 1,26 faiz və ya 1,34 dollar azalma deməkdir.
Hərraclar zamanı neftin qiyməti minimum 100,82 dollara qədər geriləyib. Beləliklə, Brent markalı neftin dəyəri oktyabrın 7-dən bəri ən aşağı səviyyəyə düşüb.
22:27 03.11.2026
Oxunuş sayı: 50