Rusiya üzərində 13 Ukrayna PUA-sı vurulub
Rusiya hava hücumundan müdafiə qüvvələri noyabrın 3-də 12 saat ərzində ölkənin müxtəlif bölgələri üzərində 13 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirərək məhv edib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, təyyarə tipli pilotsuz uçuş aparatları Moskva vaxtı ilə saat 08:00-dan 20:00-dək zərərsizləşdirilib.
PUA-lar Tver, Vladimir, Belqorod və Bryansk vilayətləri, Krım Respublikası, eləcə də Azov dənizi üzərində vurulub.
21:38 03.11.2026
Oxunuş sayı: 59