ABŞ-də Konqresə aralıq seçkilərində səsvermə başlayıb
ABŞ-də Konqresə aralıq seçkilərində səsvermə başlayıb.
Crossmedia.az xəbər verir ki, “RİA Novosti”nin məlumatına görə, seçki məntəqələri Nyu-York, Nyu-Cersi və Virciniya ştatlarında açılıb.
Vaşinqtonda məntəqələr yerli vaxtla saat 07:00-da fəaliyyətə başlayıb. Səsvermənin ilk dəqiqələrində seçicilərin nəzərəçarpacaq axını müşahidə olunmayıb.
Paytaxt sakinləri həm seçki məntəqələrində, həm də poçt vasitəsilə göndərilən bülletenlər üçün nəzərdə tutulmuş xüsusi qutulara bülleten atmaqla səs verə bilərlər.
Vaşinqtonda səsvermə yerli vaxtla saat 20:00-dək davam edəcək. Paytaxt sakinləri Konqres üzvləri ilə yanaşı, yeni mer və yerli idarəetmə orqanlarına nümayəndələr də seçəcəklər.
23:25 03.11.2026
Oxunuş sayı: 48