71 yaşlı kişi hamamda ilişib qalıb, dörd gün sonra xilas edilib
Moskvada 71 yaşlı, çəkisi 140 kiloqram olan kişi hamamda ilişib qalaraq dörd gün oradan çıxa bilməyib.
Crossmedia.az xəbər verir ki, bu barədə “360.ru” mənbəyə istinadən məlumat yayıb.
Məlumata görə, xilasedicilər hadisə yerinə gələrək kişiyə kömək ediblər. O, tibbi yardım üçün xəstəxanaya aparılmaqdan imtina edib.
Hadisənin hansı şəraitdə baş verdiyi və kişinin hazırkı sağlamlıq vəziyyəti barədə əlavə məlumat verilməyib.
07:30 04.11.2026
Oxunuş sayı: 59