Texasda tarixi seçki – Demokratlar 32 ildən sonra qalib gəldi
ABŞ-də keçirilən aralıq seçkilərdə Demokratlar Partiyasının namizədi Cina Hinojosa Texas ştatının qubernatoru seçilib.
Crossmedia.az xəbər verir ki, “Associated Press” agentliyi bu barədə məlumat yayıb.
Noyabrın 3-də keçirilən seçkilərdə Hinojosa hazırkı qubernator, Respublikaçılar Partiyasının nümayəndəsi Qreq Ebbotu məğlub edib.
İlkin nəticələrə əsasən, Hinojosa səslərin təxminən 53,8 faizini, Ebbot isə 44,9 faizini qazanıb.
Bu nəticə ilə Demokratlar Partiyası 1994-cü ildən bəri ilk dəfə Texasda qubernator seçkilərində qələbə əldə edib.
52 yaşlı Cina Hinojosa həmçinin Texas tarixində qubernator seçilən ilk Latın Amerikası əsilli qadın olub.
Qeyd edək ki, Texasın sonuncu demokrat qubernatoru Enn Riçards olub. O, 1994-cü ildə keçirilən seçkilərdə Corc Buşa məğlub olub və 1995-ci ildə vəzifəsini tərk edib.
09:21 04.11.2026
Oxunuş sayı: 88