Azərbaycanda güzəşt və azadolmalar 7,6 milyard manata çatacaq
2027-ci ildə Azərbaycanda güzəşt və azadolmaların ümumi məbləği 7,6 milyard manat olacaq.
Crossmedia.az xəbər verir ki, bunu Maliyyə Nazirliyinin aparat rəhbərinin müavini Asif Qasımov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında bildirib.
Onun sözlərinə görə, bu, ÜDM-nin 5,4 %-i səviyyəsindədir.
12:55 06.11.2026
Oxunuş sayı: 93