Krımda itkin turistlərin axtarışı gecə-gündüz davam edəcək
Krım mağaralarında itkin düşən turistlərin axtarışı fasiləsiz davam etdiriləcək.
Crossmedia.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bu barədə TASS agentliyinə məlumat verib.
Axtarış-xilasetmə əməliyyatına 41 nəfər və 12 texnika cəlb olunub. Ərazidə həmçinin idarələrarası operativ qərargah fəaliyyət göstərir.
Nazirliyin məlumatına görə, xilasedicilərdən ibarət iki qrupdan biri Qırmızı mağarada təxminən 5 kilometr irəliləyib. Lakin uçqun nəticəsində yol bağlandığı üçün qrup geri qayıtmağa məcbur olub. İkinci qrup isə Göyərçin mağarasında axtarışları davam etdirir.
Qeyd edək ki, daha əvvəl güclü yağışlar və yaranan su basması səbəbindən dörd rusiyalı turistin Krımdakı Qırmızı mağarada qaldığı bildirilmişdi. Suyun keçidi bağlaması səbəbindən turistlərin mağaradan özləri çıxa bilmədikləri qeyd olunub.
23:12 29.09.2026
Oxunuş sayı: 44