ÜST-dən təhlükəli xəstəliklə bağlı AÇIQLAMA
Dünyada aşağı tənəffüs yollarının infeksiyaları 2023-cü ildə 2,7 milyon insanın həyatına son qoyub. Bu xəstəliklər ölüm səbəbləri arasında dördüncü yerdə qərarlaşıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.
Məlumata görə, sətəlcəm (pnevmoniya) xüsusilə azyaşlı uşaqlar, yaşlılar və xroniki xəstəlikləri olan şəxslər üçün ciddi təhlükə yaradır. Xəstəlik bakteriya, virus və göbələklər səbəbindən inkişaf edə, vaxtında müalicə olunmadıqda ağır fəsadlara gətirib çıxara bilər.
Mütəxəssislər xəstəliyin qarşısının alınmasında peyvəndlənmənin, erkən diaqnozun və vaxtında müalicənin əhəmiyyətini vurğulayırlar.
04:11 14.11.2026
Oxunuş sayı: 24