Rusiyadan Ermənistana enerji mesajı: güzəştlər dayandırılsın
Rusiya Dövlət Dumasının MDB məsələləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Moskvanın Ermənistana qaz və digər enerji resurslarını güzəştli qiymətlərlə satmamalı olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Kalaşnikov bu barədə “RTVI”yə açıqlamasında danışıb. O, Ermənistanın Avropa İttifaqı ilə yaxınlaşma kursunu əsas gətirərək, enerji resurslarının güzəştli qiymətlərlə tədarükünə yenidən baxılmasını təklif edib.
Kalaşnikovun sözlərinə görə, Ermənistan Avropa yolunu seçirsə, enerji qiymətləri məsələsində də “Avropadakı kimi” yanaşma tətbiq edilməlidir. O, Yerevanın Rusiyaya qarşı ritorikasına iqtisadi tədbirlərlə cavab verilməli olduğunu deyib.
Rusiya rəsmisi həmçinin Moskvanın əvvəllər Ukraynaya ucuz qaz tədarük etməklə “səhvə yol verdiyini” bildirib.
18:39 29.09.2026
Oxunuş sayı: 34