Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq
Nazirlər Kabineti "2027-ci il üzrə dövlət büdcəsinin və icmal büdcənin layihələri və sonrakı üç il üçün icmal büdcənin göstəriciləri" və "2027-ci il və gələn üç il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nin bəyənilməsi, layihələrin "Büdcə sistemi haqqında" qanunun 12-ci maddəsində nəzərdə tutulan digər sənədlərlə birlikdə qanuna uyğun olaraq Prezident İlham Əliyevə təqdim edilməsi haqda qərar qəbul edib.
Bu barədə Crossmedia.az-a hökumətdən bildirilib.
Məlumata görə, bununla bağlı qərar Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda qəbul olunub.
17:08 24.09.2026
Oxunuş sayı: 41