Bu 8 ay ərzində nə qədər nəqliyyat vasitəsi özəlləşdirilib?
Bu ilin yanvar-avqust ayları ərzində 695 nəqliyyat vasitəsi özəlləşdirilib.
Crossmedia.az bu barədə Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.
Qeyd olunur ki, qurum tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində özəlləşdirmə və icarədən dövlət büdcəsinə 152.5 milyon manat vəsaitin ödənilməsi təmin edilib.
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2026-cı ilin yanvar-avqust ayları ərzində 40 hərrac keçirilib. Hərraclarda üç səhmdar cəmiyyətinin səhm paketi, iki kiçik dövlət müəssisəsi, bir yarımçıq tikili sahəsi və 695 nəqliyyat vasitəsi özəlləşdirilib.
Cari ilin yanvar-avqust ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 114.7 milyon manat təşkil edib.
Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-avqust ayları ərzində 363-ü qeyri-yaşayış, 2.590-nı torpaq sahələri üzrə olmaqla 2.953 yeni icarə müqaviləsi bağlanılıb.
14:05 23.09.2026
Oxunuş sayı: 40