Aİ liderləri qarşıdakı sammitdə əsas məsələləri müzakirə edəcəklər
Avropa İttifaqına üzv ölkələrin prezident və baş nazirləri oktyabrın 15-16-da keçiriləcək sammitdə qurumun qarşısında duran bir sıra mühüm məsələləri müzakirə edəcəklər.
Crossmedia.az xəbər verir ki, “POLITICO”nun əldə etdiyi sammitin ilkin gündəliyinə əsasən, liderlər Aİ-nin ticarət tərəfdaşlarından asılılığını nəzərdən keçirəcək və qeyri-sabit hesab olunan tərəfdaşlarla bağlı riskləri qiymətləndirəcəklər.
Sammitdə Aİ-nin 2 trilyon avroluq uzunmüddətli büdcəsi ilə bağlı mübahisələrin də müzakirə olunması gözlənilir. Sənəddə İrlandiyanın Aİ Şurasına sədrliyi çərçivəsində yenilənmiş danışıqlar layihəsinin təqdim edilməsindən sonra Avropa Şurasının növbəti Çoxillik Maliyyə Çərçivəsini müzakirə edəcəyi qeyd olunub.
Bundan əlavə, Aİ liderləri yeni ölkələrin birliyə üzv qəbul edilməsinə şərait yaradılması məsələsini də nəzərdən keçirəcəklər.
20:33 15.09.2026
Oxunuş sayı: 45