Putin və Rzaei regional vəziyyəti müzakirə edib
Rusiya Prezidenti Vladimir Putin və İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzaei arasında telefon danışığı olub. Tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, İranın dövlət televiziyası IRIB-in məlumatına görə, telefon danışığında əsas diqqət Qərbi Asiyadakı vəziyyətə yönəlib.
Möhsün Rzaei İranın mərhum ali rəhbəri Əli Xamenei və digər tanınmış şəxslərlə bağlı açıqlamalarına, eləcə də İran xalqına dəstəyinə görə Putin və digər Rusiya rəsmilərinə təşəkkür edib.
Tərəflər iki ölkə liderlərinin müəyyən etdiyi yol xəritəsinə uyğun olaraq strateji əməkdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.
Qeyd edək ki, telefon danışığının konkret regional məsələləri və əməkdaşlığın genişləndirilməsi ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.
19:48 02.11.2026
Oxunuş sayı: 69