Üçüncü Dünya müharibəsi qapıda - Rusiyanın nüvə planları ifşa oldu
Son günlər dünyanın müxtəlif bölgələrindən gələn həyəcanverici məlumatlar beynəlxalq təhlükəsizliklə bağlı narahatlıqları artırır. Avropada küçə iğtişaşları, talanlar və qarətlər barədə xəbərlər yayılaır, Almaniya, Polşa, Finlandiya və digər ölkələrdə hərbi texnikanın hərəkəti diqqət çəkir. Almaniyada xəstəxanaların mümkün fövqəladə vəziyyətə hazırlanması, Litva və Polşanın sərhədyanı ərazilərdə əhalinin təhlükəsizliyi ilə bağlı addımları, müxtəlif ölkələrin vətəndaşlarına verdiyi xəbərdarlıqlar vəziyyətin ciddiliyini bir daha gündəmə gətirir. Şimali Koreyanın döyüş hazırlığı ilə bağlı məlumatlar da qlobal gərginliyin miqyası barədə suallar doğurur. Bütün bunlar ayrı-ayrı hadisələrdir, yoxsa daha böyük qarşıdurmanın əlamətləri? Dünya yeni və daha genişmiqyaslı müharibənin astanasındadırmı? Üçüncü Dünya müharibəsi təhlükəsi artıq reallığa çevrilir, yoxsa baş verənlər beynəlxalq gərginliyin şişirdilmiş mənzərəsidir? Bu suallara aydınlıq gətirmək üçün mövcud vəziyyəti siyasi və geosiyasi baxımdan təhlil etmək vacibdir.
Mövzu ilə
bağlı politoloq Abutalıb Səmədov Crossmedia.az-a açıqlamasında qeyd edib ki, Avropanın
müxtəlif ölkələrində mövcud olan narazılıqların fərqli səbəbləri var: “Polşada
bu narazılıqlar Konstitusiya Məhkəməsi ilə bağlı məsələlərdən qaynaqlanırsa,
Fransada müəyyən qrupların dövlət hakimiyyətinin, prezidentin və hökumətin
siyasətindən narazılığı ilə əlaqədardır. Bu hadisələrin Üçüncü Dünya müharibəsinə
gətirib çıxarmaq ehtimalı yoxdur. Avropada bu barədə çox danışılır. Rusiyanın
Avropaya qarşı müharibə planlarının olduğu barədə fikirlər səsləndirən kifayət
qədər siyasətçi var. Rusiya isə öz növbəsində belə bir niyyətinin olmadığını bəyan
edir. Hesab edirəm ki, hazırda Rusiyanın, həqiqətən də, belə bir niyyəti
yoxdur. Hətta mövcud vəziyyətdə onun nəinki Avropaya qarşı, hətta kiçik bir
dövlətə qarşı belə işğalçı hərəkətlər həyata keçirməyə gücü qalmayıb”.

Politoloq
qeyd edib ki, lakin bu, gələcəkdə Rusiyanın belə planlarının olmayacağı
anlamına gəlmir: “Buna görə də Avropa təbii olaraq mümkün təhlükələrə
hazırlaşmalıdır. Ukraynada müharibə başlayarkən onun Üçüncü Dünya müharibəsinə
çevrilmək təhlükəsi var idi. Ancaq Qərb bu ehtimaldan çəkindi, Ukraynaya tələb
olunan yardımı göstərmədi və nəticədə Ukrayna qurban verildi. Bu səbəbdən
Üçüncü Dünya müharibəsi təhlükəsi ən azı bir neçə il müddətinə arxa plana
keçdi. Bununla belə, gələcəkdə belə bir təhlükənin yenidən yaranması mümkündür.
Ancaq Rusiya hakimiyyəti də başa düşür ki, belə bir müharibə bəşəriyyətin sonu
ilə nəticələnə bilər. Avropada çox böyük nüvə arsenalı mövcuddur. Belə bir
müharibə başlasa, qarşıdurma yalnız adi konvensional silahlarla məhdudlaşmaya
bilər. Nüvə arsenalının da bu prosesə cəlb olunması dünyanın sonuna gətirib
çıxaracaq. Bu səbəbdən hesab edirəm ki, bundan sonra həm Rusiya, həm də Qərb
dövlətləri Rusiya-Ukrayna müharibəsini mümkün qədər tez başa çatdırmaq və
münasibətləri qaydaya salmaq istiqamətində fəaliyyət göstərməyə çalışacaqlar.
Finlandiya və Norveç liderlərinin Putinlə son danışıqlarını da bu istiqamətdə
atılan mühüm addımlardan biri hesab etmək olar. Yəqin ki, digər ölkələr də bu
prosesə qoşulacaq və Rusiya ilə münasibətləri qaydaya salmağa çalışacaqlar.
Üçüncü Dünya müharibəsi təhlükəsi mövcud olsa da, böyük əksəriyyət belə bir
müharibənin baş verməməsinin zəruriliyini anlayır. Bu istiqamətdə atılan
addımlar təhlükəni aradan qaldıra bilər və güman edirəm ki, proseslər də məhz
bu istiqamətdə inkişaf edəcək”.
Ayhan
19:00 02.11.2026
Oxunuş sayı: 75