COVİD-19 geri döndü? - Nazirlikdən açıqlama
İranda qrip və COVID-19-a yoluxma halları artır. Artıq ölüm faktları da qeydə alınır. Bu barədə Tehran Tibb Elmləri Universitetinin yoluxucu xəstəliklər üzrə professoru Həmid Emadi Kuçek məlumat verib.
Mövzu ilə bağlı Səhiyyə Nazirliyindən Crossmedia.az-ın sorğusuna cavab olaraq bildirilib ki, ölkə üzrə respirator virus infeksiyaları, o cümlədən COVID-19 infeksiyası ilə bağlı epidemioloji vəziyyət mütəmadi nəzarətdə saxlanılır: "SARS-CoV-2 virusu digər mövsümi respirator viruslarla yanaşı ümumi epidemioloji müşahidə çərçivəsində izlənilir və bu istiqamətdə monitorinq tədbirləri davam etdirilir. Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri və beynəlxalq təcrübə nəzərə alınmaqla, əhalinin sağlamlığının qorunması məqsədilə müvafiq nəzarət və profilaktik tədbirlər icra olunur".
Ayhan
16:55 02.11.2026
Oxunuş sayı: 68