Tramp üçün arzuolunnmaz ssenari: Senatda Demokratlar üstünlüyü ələ alacaq
ABŞ-də keçiriləcək aralıq seçkilər ölkənin siyasi həyatında mühüm hadisələrdən biri kimi diqqət mərkəzindədir. Seçkilərin nəticələri Konqresdə siyasi qüvvələr nisbətinə təsir göstərməklə yanaşı, prezident Donald Trampın qarşıdakı dövrdəki siyasi strategiyası baxımından da əhəmiyyət daşıyır.
Amerikalı ekspert, ABŞ Dövlət Departamentinin keçmiş əməkdaşı Pol Qobl proqnozlarını Crossmedia.az-la bölüşüb: “Demokratlar Partiyasının Nümayəndələr Palatasında çoxluğu əldə etməsi və Senatda tərəflər arasındakı fərqi azaltması gözlənilən nəticədir. Seçkilərdən sonra əsas maraq doğuran məsələ Donald Trampın bu nəticələrə necə reaksiya verəcəyi olacaq. Bunu bir Allah bilir”.

Müşahidəçi
16:32 02.11.2026
Oxunuş sayı: 66