Aralıq dənizində zəlzələ baş verib
Aralıq dənizində, Yunanıstanın Krit adası sahillərində 3,8 maqnitudalı zəlzələ baş verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yeraltı təkanlar Krit adası yaxınlığında qeydə alınıb.
Zəlzələ nəticəsində dağıntı və ya xəsarət alanlar barədə hələlik məlumat verilməyib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) məlumatına əsasən, zəlzələ noyabrın 2-də Türkiyə vaxtı ilə saat 11:59-da, 13,64 kilometr dərinlikdə baş verib.
Kandilli Rəsədxanası isə yeraltı təkanların maqnitudasını 4,0, dərinliyini 23,6 kilometr olaraq qeydə alıb.
14:27 02.11.2026
Oxunuş sayı: 57