Dərsə gəlməyən 10–11-ci sinif şagirdlərinə xəbərdarlıq
Dərslərdə iştirak etməyən 10–11-ci sinif şagirdlərinin tədris ilinin sonunda avtomatik olaraq növbəti sinfə keçəcəklərini və ya attestat alacaqlarını düşünmələri düzgün deyil.
Crossmedia.az xəbər verir ki, elm və təhsil nazirinin müavini Firudin Qurbanov APA-ya müsahibəsində bu barədə danışıb.
Nazir müavini bildirib ki, şagirdlərin dərslərə davamiyyəti onların təhsil nəticələrinə birbaşa təsir göstərir.
Onun sözlərinə görə, dərslərdə müntəzəm iştirak etməmək şagirdlərin biliklərində boşluqlar yaradır və qiymətləndirilməsinə mənfi təsir edir.
Firudin Qurbanov vurğulayıb ki, davamiyyətsizlik şagirdlərin növbəti təhsil mərhələsinə keçməsinə də təsir göstərə bilər.
12:29 02.11.2026
Oxunuş sayı: 52