Azərbaycanda “Rəqəmsal Media Ayı” keçiriləcək
Azərbaycanda 2026-cı ilin noyabr ayı ərzində rəqəmsal media sahəsində bilik və bacarıqların inkişaf etdirilməsi məqsədilə “Rəqəmsal Media Ayı” təşkil olunacaq.
Crossmedia.az xəbər verir ki, Media və Yayım Şurası bu barədə məlumat yayıb.
Qurumun təşəbbüsü ilə həyata keçiriləcək layihənin əsas məqsədi media savadlılığının artırılması, etibarlı və məsuliyyətli məzmun yaradıcılığının təşviqi, eləcə də gənclərin rəqəmsal media sahəsində peşəkar inkişaf imkanlarının genişləndirilməsidir.
Bildirilib ki, ay ərzində müxtəlif hədəf qrupları üçün maarifləndirmə proqramları, praktiki təlimlər, şəbəkələşmə görüşləri və media kampaniyalarının təşkili nəzərdə tutulur.
Tədbirlər rəqəmsal media sahəsində biliklərin artırılmasına, peşəkar əlaqələrin qurulmasına və məsuliyyətli informasiya mühitinin təşviqinə yönəldiləcək.
11:24 02.11.2026
Oxunuş sayı: 61