ABŞ-də seçki həyəcanı: Konqresdə 470 yer uğrunda mübarizə başlayır
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilərdə Konqresin 470 yeri uğrunda mübarizə aparılacaq.
Crossmedia.az xəbər verir ki, Avropa Parlamentinin Araşdırmalar Xidməti seçkilərin əhəmiyyəti və Konqresdə qüvvələr nisbətinin mümkün dəyişməsi barədə məlumat yayıb.
Seçkilərdə Nümayəndələr Palatasının bütün 435, Senatın isə 35 yeri üzrə səsvermə keçiriləcək. Senatdakı yerlərdən 33-ü növbəti seçki dövrünə, ikisi isə növbədənkənar seçkilərə aiddir.
Hazırda Konqresin hər iki palatasına Respublikaçılar Partiyası nəzarət edir.
Demokratların Nümayəndələr Palatasında çoxluğu əldə etməsi üçün xalis üç, Senatda isə dörd əlavə yer qazanması lazımdır.
Seçkiqabağı təhlillərdə demokratların Nümayəndələr Palatasında çoxluq əldə etməsi ehtimalı müzakirə olunur. Senatda isə rəqabətin daha gərgin keçəcəyi bildirilir.
Səsvermənin nəticələri Prezident Donald Tramp administrasiyasının qarşıdakı iki ildə qanunvericilik təşəbbüslərini həyata keçirmək imkanlarına təsir göstərə bilər.
İlkin nəticələrin noyabrın 3-də ABŞ vaxtı ilə seçki məntəqələri bağlandıqdan sonra açıqlanması gözlənilir. Yekun nəticələrin müəyyənləşməsi bəzi ştatlarda daha uzun çəkə bilər.
12:17 02.11.2026
Oxunuş sayı: 53