Qazaxıstanda konstitusiya quruluşunu dəyişməyə cəhd: 10 nəfər saxlanılıb
Qazaxıstanın Atırau şəhərində konstitusiya quruluşunu zorakılıq yolu ilə dəyişməyə hazırlaşmaqda şübhəli bilinən 10 nəfər saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (MTK) məlumatında bildirilib.
Məlumata əsasən, oktyabrın 30-da prokurorluq orqanlarının koordinasiyası ilə aparılan ibtidai istintaq çərçivəsində 10 nəfər eyni vaxtda saxlanılıb.
İstintaqın versiyasına görə, şübhəlilər Qazaxıstanın qərb bölgəsində konstitusiya quruluşunun əsaslarını zorakılıq yolu ilə dəyişməyi qarşılarına məqsəd qoyublar.
Saxlanılan şəxslər ekstremist qrup yaratmaqda, ona rəhbərlik etməkdə və fəaliyyətində iştirak etməkdə, həmçinin terrorizmi təbliğ etməkdə və dini ədavəti qızışdırmaqda şübhəli bilinirlər.
Faktla bağlı ibtidai istintaq aparılır.
12:41 02.11.2026
Oxunuş sayı: 59