İran XİN-dən ABŞ-yə sərt sual: Bütün yollar Təl-Əvivə aparır?
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi ABŞ rəhbərliyini İsrailin maraqlarına xidmət etməkdə ittiham edib.
Crossmedia.az xəbər verir ki, İran XİN-in sözçüsü İsmayıl Bəqayi bu barədə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Amerika ictimaiyyəti İsrailin ABŞ-yə münasibətdə davranışından narazıdır.
“Amerika ictimaiyyəti İsrail rejiminin ABŞ-yə qarşı parazitar davranışından yorulub və buna qəzəblənir. ABŞ öz nüfuzunu, sərvətini və beynəlxalq mövqeyini yalnız müharibə haqqında düşünən bir rejimə sərf edir”, – deyə Bəqayi bildirib.
İran XİN rəsmisi ABŞ rəsmilərinin ziddiyyətli bəyanatlarını da tənqid edib.
O qeyd edib ki, bu açıqlamalar Vaşinqtonun siyasətində çaşqınlıq olduğu təəssüratı yaradır və qərarların əslində kim tərəfindən qəbul edildiyi barədə suallar doğurur.
“ABŞ-də kiminlə danışmalıyıq? Doğrudanmı bütün yollar sonda Təl-Əvivə aparır?” – deyə Bəqayi sual edib.
12:18 02.11.2026
Oxunuş sayı: 51