Azərbaycanda itkin düşmüş 8 nəfər tapılıb
Azərbaycanda itkin düşmüş kimi axtarışda olan 8 nəfər polis əməkdaşları tərəfindən tapılıb.
Crossmedia.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti bu barədə məlumat yayıb.
Bildirilib ki, oktyabrın 31-də və noyabrın 1-də keçirilən tədbirlər nəticəsində ailə üzvlərini məlumatlandırmadan yaşadıqları ünvanları tərk edən və itkin düşmüş kimi axtarılan 8 nəfərin yeri müəyyən edilib.
Həmin şəxslər tapılaraq aidiyyəti üzrə təhvil verilib.
10:12 02.11.2026
Oxunuş sayı: 52