“Claude Code” agenti Pentaqonun sisteminə iki ay çıxış əldə edib
“Accenture” şirkətinin əməkdaşının şəxsi “Claude Code” agentinə Pentaqonun məxfi sistemlərindən birinə giriş imkanı verdiyi iddia olunur.
Crossmedia.az xəbər verir ki, məlumata görə, sözügedən sistem bir neçə kəşfiyyat qurumu tərəfindən istifadə edilib və bu vəziyyət təxminən iki ay davam etdikdən sonra aşkarlanıb.
Bildirilir ki, hadisə ilə bağlı girişin necə təmin edildiyi və təhlükəsizlik qaydalarının pozulub-pozulmadığı diqqət mərkəzindədir. Təqdim olunan məlumatda isə Pentaqon sistemlərindən hansı məlumatların əldə edildiyi barədə açıqlama yoxdur.
02:00 02.11.2026
Oxunuş sayı: 61