Meymunçiçəyi ilə bağlı yeni yoluxma qeydə alındı
Rusiyanın Moskva vilayətində meymunçiçəyi infeksiyasına yeni yoluxma halı qeydə alınıb. Domodedovo xəstəxanasına yüksək hərarət, səpgi və limfa düyünlərinin böyüməsi şikayətləri ilə 38 yaşlı kişi yerləşdirilib. Bu, xəstəxanada son bir ay ərzində aşkarlanan üçüncü yoluxma halıdır.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, kişi həkimlərə xarici ölkəyə səfərdən qayıtdıqdan sonra özünü pis hiss etməyə başladığını bildirib.
Hazırda pasiyent infeksion şöbədə müalicə alır. Onun vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Qeyd edək ki, daha əvvəl Moskva vilayətində meymunçiçəyi şübhəsi ilə xəstəxanaya yerləşdirilən beş nəfərdə aparılan müayinələr nəticəsində infeksiya təsdiqlənməyib. Bu barədə Ramenskoye xəstəxanası məlumat verib.
21:45 01.11.2026
Oxunuş sayı: 54