Rusiya Ermənistanın Moskvaya səfir təyinatı ilə bağlı xəbəri təkzib edib
Rusiya Xarici İşlər Nazirliyi Ermənistanın Moskvadakı səfiri vəzifəsinə Samvel Mkrtçyanın namizədliyinin razılaşdırılmasından imtina edilməsi barədə məlumatı təkzib edib.
Crossmedia.az xəbər verir ki, RBC bu barədə Rusiya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.
Nazirlikdən bildirilib ki, sözügedən məlumat həqiqəti əks etdirmir.
Qeyd edək ki, bundan əvvəl “Hraparak” qəzeti mənbəyə istinadən Moskvanın Ermənistanın keçmiş Polşa səfiri Samvel Mkrtçyanın namizədliyini razılaşdırmaqdan imtina etdiyini yazmışdı.
Nəşr bu qərarın Mkrtçyanın Avropa ölkələrində uzun illər diplomatik fəaliyyət göstərməsi ilə bağlı ola biləcəyini ehtimal etmişdi.
19:45 01.11.2026
Oxunuş sayı: 55