Fransada bahalaşmaya qarşı etirazlarda Makronun fiquru yandırılıb
Fransanın Gap şəhərində bahalaşmaya qarşı keçirilən etiraz aksiyası zamanı nümayişçilər Prezident Emmanuel Makronun böyük fiqurunu yandıraraq ətrafında rəqs ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
Fransa Alp dağlarında yerləşən Gap şəhərində baş tutan aksiyada Makronun fiqurunun yerləşdirildiyi arabada “Sülh içində yatma” ifadəsinin əksi yazılıb.
Fransa Daxili İşlər Nazirliyinin məlumatına görə, ölkə üzrə etirazlarda iştirak edənlərin sayı təxminən 320 min nəfər olub. Bu göstərici oktyabrın 24-də 410 min, oktyabrın 17-də isə 550 min nəfər təşkil edib.
Şənbə günü keçirilən aksiyalar əvvəlki həftələrlə müqayisədə daha sakit keçib. Bununla belə, Parisdə polis əməkdaşlarına Molotov kokteylləri atıldığı bildirilir.
15:43 01.11.2026
Oxunuş sayı: 60