Moderator.az saytının 14 yaşı olur!
Bu gün Azərbaycanın internet media məkanında özünəməxsus yeri olan Moderator.az xəbər portalının yaranmasından 14 il ötür. 2012-ci il noyabrın 1-də mərhum jurnalist Zülfüqar Hüseynzadənin əməyi və ideyası ilə əsası qoyulan bu portal bu gün də oxucularına operativ, obyektiv və peşəkar informasiya çatdırmaq missiyasını uğurla davam etdirir.
14 il ərzində keçilən yol, qazanılan nüfuz və oxucu sevgisi sizin zəhmətinizin, peşəkarlığınızın və jurnalistika prinsiplərinə sadiqliyinizin bariz nümunəsidir. Qurucunuzun xatirəsinə və irsinə layiq şəkildə fəaliyyətinizi davam etdirdiyiniz üçün sizə dərin minnətdarlığımızı bildiririk.
Doğum gününüz mübarək olsun!
Crossmedia.az ailəsi olaraq sizə yeni uğurlar, daha böyük auditoriya, daim aktual və etibarlı xəbərlər, peşəkar kollektivinizə isə sağlamlıq, enerji və yaradıcı uğurlar arzulayırıq!
14:03 01.11.2026
Oxunuş sayı: 57