ABŞ-də stadionda atışma: Bir neçə nəfər yaralanıb
ABŞ-nin Alabama ştatında yerləşən Birmingem şəhərində stadionda baş verən atışma nəticəsində bir neçə nəfər yaralanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “ABC 33/40” telekanalı polisə istinadən məlumat yayıb.
Bildirilib ki, insident “Legion Field” stadionunda qeydə alınıb. Atışma futbol matçının başa çatmasından bir neçə saat sonra baş verib.
Polis hələlik yaralıların dəqiq sayını, onların vəziyyətini və atışmanın səbəblərini açıqlamayıb.
09:18 01.11.2026
Oxunuş sayı: 56