Bir avtomobil beş maşına çırpıldı: Sumqayıtda zəncirvari qəza
Sumqayıtda beş avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Crossmedia.az xəbər verir ki, hadisə şəhərin Babək küçəsində qeydə alınıb.
Belə ki, “Opel” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarında park edilmiş avtomobillərə çırpılıb. Nəticədə “Opel”, “Hyundai”, “Toyota”, “Mercedes” və “Range Rover” markalı avtomobillərə ciddi ziyan dəyib.(Report)
23:02 31.10.2026
Oxunuş sayı: 60