Polşa Prezidenti Konstitusiya Məhkəməsindəki böhrana görə təcili siyasi məsləhətləşmələr keçirəcək
Polşa Prezidenti Karol Navrotski Konstitusiya Məhkəməsində baş verən hadisələrdən sonra parlamentdəki siyasi qüvvələrin nümayəndələri ilə təcili məsləhətləşmələr keçirəcəyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, prezident Konstitusiya Məhkəməsində konstitusiya quruluşunun pozulduğunu bildirib. Onun sözlərinə görə, əsas məqsəd hüquqi və konstitusion qaydaların bərpasıdır.
Navrotski Ali Məhkəmənin birinci sədri Zbiqnev Kapişinski ilə də məsələni müzakirə etdiyini qeyd edib. Prezident hökumətin hadisə yerinə göndərdiyi təhlükəsizlik qüvvələrinin Konstitusiya Məhkəməsinin ərazisini tərk etməsini tələb edib.
O, həmçinin məhkəmənin qanuni fəaliyyət göstərən sədr müavini Bartlomey Soçanskinin binaya daxil olmasına icazə verildiyini bildirib.
Navrotski ölkənin daxili təhlükəsizliyinin təhdid altında olduğunu vurğulayaraq siyasi vəziyyətin sabitləşdirilməsi və konstitusiya quruluşunun bərpası məqsədilə təcili məsləhətləşmələr keçirəcəyini açıqlayıb.
19:28 31.10.2026
Oxunuş sayı: 53