Müctəba Xamenei mümkün genişmiqyaslı qarşıdurmaya hazırlaşır
İranın ali rəhbəri Müctəba Xamenei ölkənin yüksək rütbəli hərbi komandirləri ilə görüş keçirib.
Crossmedia.az xəbər verir ki, görüşdə silahlı qüvvələrin döyüş hazırlığının qorunmasının vacibliyi vurğulanıb.
Xameneinin sözlərinə görə, genişmiqyaslı münaqişə ehtimalı yaranacağı təqdirdə döyüş əməliyyatlarının ağıllı və strateji yanaşma əsasında aparılması maksimum çəkindirmənin təmin edilməsinin əsas şərtlərindən biridir.
Bildirilib ki, görüş zamanı verilən strateji göstərişlər daha sonra X sosial şəbəkəsindəki rəsmi hesabında dərc olunacaq.
17:51 31.10.2026
Oxunuş sayı: 53