Ürək xəstəliklərinin səssiz təhlükəsi – Hansı əlamətlərə diqqət etməli?
Ürək xəstəlikləri uzun müddət heç bir əlamət vermədən inkişaf edə bilər. Bu səbəbdən xüsusilə yaş artdıqca mütəmadi tibbi müayinələrdən keçmək vacibdir.
Crossmedia.az xəbər verir ki, Hindistanın tanınmış kardioloqu, Padma Şri mükafatı laureatı D. S. Qambhir bu barədə açıqlama verib.
Mütəxəssis bildirib ki, qan təzyiqinin, xolesterinin və qanda şəkərin səviyyəsinin müntəzəm yoxlanılması ürək-damar xəstəlikləri riskinin erkən müəyyən edilməsinə kömək edir.
Onun sözlərinə görə, son illər ürək tutması hallarının gənclər arasında da müşahidə olunması narahatlıq doğurur.
Qeyri-sağlam həyat tərzi, stress, artıq çəki və irsi meyillilik ürək-damar xəstəlikləri riskini artıran əsas amillərdəndir.
Kardioloq vurğulayıb ki, yüksək qan təzyiqi, xolesterin səviyyəsinin artması və şəkərli diabet uzun müddət nəzərəçarpan simptomlar olmadan inkişaf edə bilər.
Bu baxımdan profilaktik müayinələr və sağlamlıq göstəricilərinin nəzarətdə saxlanılması ürək xəstəliklərinin erkən aşkarlanmasında mühüm rol oynayır.
15:37 31.10.2026
Oxunuş sayı: 118