Suriya “Məkkə Müdafiə Alyansı”na qoşula bilər
Suriya Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında yaradılmış “Məkkə Müdafiə Alyansı”na qoşulmaq imkanını nəzərdən keçirir.
Crossmedia.az xəbər verir ki, Suriyanın xarici işlər naziri Əsəd əş-Şeybani bu barədə Bəhreyndə keçirilən “Manama Dialoqu” təhlükəsizlik forumunda açıqlama verib.
Nazir bildirib ki, Dəməşq NATO modelinə bənzər müdafiə tərəfdaşlığına qoşulmaq məsələsini hazırda müzakirə edir.
Onun sözlərinə görə, Suriyanın alyansa mümkün üzvlüyünün qiymətləndirilməsi istiqamətində danışıqlar davam edir.
Qeyd edək ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında müdafiə sahəsində əməkdaşlığı nəzərdə tutan razılaşma 2026-cı il avqustun 7-də Məkkədə imzalanıb.
Bununla belə, Suriyanın alyansa qoşulması ilə bağlı hələlik yekun qərar qəbul edilməyib və rəsmi üzvlük müraciəti açıqlanmayıb.
14:59 31.10.2026
Oxunuş sayı: 110