Bakıda avtomobil velosipedçini vuraraq öldürüb
Bakıda avtomobil velosipedçini vuraraq öldürüb.
Crossmedia.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.
Ədalət Bədəlov idarə etdiyi "VAZ 2109" markalı avtomobillə velosipedçi Ülfət Hüseynovu vurub. Nəticədə velosipedçi ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.
11:42 31.10.2026
Oxunuş sayı: 56