Dünya bazarında neft bahalaşıb
"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin dekabr müqaviləsinin dəyəri 2,37% artaraq 1 barelə görə 113.43 ABŞ dolları təşkil edib.
Crossmedia.az xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin noyabr ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 2,08% artaraq 104.12 ABŞ dollarına bərabər olub.
09:37 31.10.2026
Oxunuş sayı: 229