Professor Arif Əfəndiyev vəfat edib
Biologiya elmləri doktoru, professor, Əməkdar müəllim Arif Əfəndiyev vəfat edib.
Crossmedia.az xəbər verir ki, A.Əfəndiyev bu gün dünyasını dəyişib.
Xatırladaq ki, A.Əfəndiyev 1987-2019-cu illərdə Azərbaycan Tibb Universitetinin Bioloji kimya kafedrasına rəhbərlik edib.
O, Avropa Biokimyaçılar Cəmiyyətləri Konfederasiyasında təşkil edilmiş Biokimyanın Tədrisi Komissiyasının keçmiş SSRİ dövlətlərindən seçilmiş yeganə üzvü olub. (Oxu.az)
22:57 30.10.2026
Oxunuş sayı: 50